...

Bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazandı (FOTO)

İdman Materials 22 May 2024 11:00 (UTC +04:00)
Bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazandı (FOTO)

Bakı. Trend:

Bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazanıb.

Trend xəbər verir ki, bədii üzgüçülük üzrə Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdən 31 medalla vətənə dönüblər. Azərbaycan Üzgüçülükü Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə 8 ölkədən 15 klubun, 200 dən çox idmançının qatıldığı turnirdə idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar. Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmanşılarımız ən yüksək nəticələrini göstəriblər.

Xəbər lenti

Xəbər lenti