...

“Barselona” Londonda almaniyalı məşqçi ilə görüşəcək

İdman Materials 23 May 2024 05:29 (UTC +04:00)

Bakı. Trend:

“Barselona” Londonda Hans Fliklə danışıqlar aparacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis növbəti mövsümdə Kataloniya klubuna başçılıq edə bilər.

İspaniya mətbuatında klubun idman direktoru Deku və futbol kordinatoru Boyan Krkiçin İngiltərə paytaxtında Flik və onun meneceri Pini Zahavi ilə görüşəcəyi bildirilib. Xavi ilə yolları ayırmağı düşünən “Barselona” danışıqlar uğurlu başa çatarsa almaniyalı məşqçi ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Xavi 2021-ci ildən komandaya rəhbərlik edir. O, ötən mövsümdə “Barsa”ya çempion titulunu qazandırıb.

Xəbər lenti

Xəbər lenti