...

"Bayer" Almaniya Kubokunun qalibi olub

İdman Materials 26 May 2024 01:07 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

Trend-in məlumatına görə, finalda "Kaiserslautern" və "Bayer" komandaları üz-üzə gəlib. Görüş Leverkuzen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.

Xabi Alonsonun komandası sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.

Qeyd edək ki, "Bayer" bu mövsüm ölkə çempionu olmağı da bacarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti