...

“Neftçi” Miodraq Bojoviçlə vidalaşıb

İdman Materials 26 May 2024 11:54 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi” baş məşqçisi Miodraq Bojoviçlə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. "Ağ-qaralar” 56 yaşlı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada mövsümü 5-ci sırada bitirib.

Qeyd edək ki, Bojoviç yanvardan “Neftçi”yə rəhbərlik edirdi.

Xəbər lenti

Xəbər lenti