...

Lunyov bürünc medal qazandı

İdman Materials 31 May 2024 20:34 (UTC +04:00)

Bakı. Trend:

Ruslan Lunyov Avropa çempionatında bürünc medal qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan yarışda fəxri kürsüdə yer alıb.

Təmsilçimiz 25 m məsafədən standart tapançada atəşaçmada 3-cü yeri tutub. O, 570 xal toplayıb.

Qeyd edək ki, bu yığmamızın Avropa çempionatında ilk medalı olub.

Xəbər lenti

Xəbər lenti