...

FİFA reytinqi açıqlanıb: Azərbaycan 1 pillə irəliləyib

İdman Materials 14 İyun 2024 12:40 (UTC +04:00)

Bakı. Trend:

FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisi 75-ci yerdə qərarlaşıb.

Yığmamızın hesabında 1321,84 xal var. Siyasət Əsgərovun yetirmələri ötən reytinqlə müqayisədə 1 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ 2099,89 xalla İspaniya başçılıq edir.

Xəbər lenti

Xəbər lenti