...

AVRO-2024: Niderland millisi əzmkar qələbə qazanıb

İdman Materials 16 İyun 2024 18:54 (UTC +04:00)
AVRO-2024: Niderland millisi əzmkar qələbə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AVRO-2024-ün qrup mərhələsinin I turu davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün D qrupunda mübarizəyə start verilib.

İlk matçda Polşa və Niderland qarşılaşıb. "Narıncılar" əzmkar qələbə qazanıblar. Onlar erkən qol buraxsalar da, oyunda dönüş yarada biliblər. Meydana sonradan daxil olan Veqhorst qələbə topunun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, qrupun digər oyunu sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti