...

Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb

İdman Materials 19 İyun 2024 21:06 (UTC +04:00)
Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti