...

AVRO-2024: Belçika bu dəfə səhvə yol verməyib

İdman Materials 23 İyun 2024 00:59 (UTC +04:00)
AVRO-2024: Belçika bu dəfə səhvə yol verməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün son matçı Kölndə keçirilib.

Çempionata gözlənilməz məğlubiyyətlə başlayan Belçika Rumıniya ilə üz-üzə gəlib. "Qırmızı iblislər" ilk turdakı uğursuzluğun təsadüfi olduğunu sübuta yetiriblər. Onlar rumınların qapısından 2 cavabsız top keçiriblər.

Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-da keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, E qrupu
23:00. Belçika - Rumıniya - 2:0
Qollar:
Yuri Tilemans, 2. Kevin De Bruyne, 80

Baş hakim: Şimon Marçinyak (Polşa) Köln Ştadium

Xəbər lenti

Xəbər lenti