...

PFL püşkatma tarixini açıqlayıb

İdman Materials 24 İyun 2024 14:04 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan çempionatının I və II Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Mərasim avqustun 13-də keçiriləcək. Püşkatma AFFA-nın inzibati binasında baş tutacaq. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, II Liqa sentyabrın 1-də, I Liqa 11-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti