...

Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

İdman Materials 26 İyun 2024 22:34 (UTC +04:00)
Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində 17 yaşlılar arasında güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın üçüncü günündə qızlardan ibarət millinin 2 üzvü xalçaya çıxıb.

Esra Məmmədli (49 kilqoram) 1/8 finalda belaruslu Angelina Burkina (5:0), 1/4 finalda isə rusiyalı Anna Zlobina (6:5) üzərində qələbə qazanıb. Məmmədli yarımfinalda türkiyəli Nil Aktaşa minimal fərqlə (3:4) məğlub olub. Esra sabah bürünc medal uğrunda Laura Boqatiç (Xorvatiya) – Alyona Kolubay (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.

Fidan Babayeva (57 kiloqram) debütdə serbiyalı Qabriyela Berkeçə heç bir şans verməyib – 9:0. Babayeva 1/4 finalda polşalı Maqdalena Siedidən güclü olub – 5:3. Babayeva finalın bir addımlığında gürcüstanlı Miranda Kapanadzeylə bacarmayıb – 0:8. Fidanın sabah üçüncü yer uğrunda qarşılaşmada rəqibi ya xorvatiyalı Lana Peziç, ya da rusiyalı Doljon Tsunquyeva olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti