...

Güləşçilərimiz bürünc şansını əldən veriblər

İdman Materials 27 İyun 2024 21:35 (UTC +04:00)

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında qadınların mübarizəsində ilk medalçılar bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2 təmsilçimiz bürünc uğrunda güləşib.

49 kq çəkidə güləşən Esra Məmmədli ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqib idmançı 4:3 hesabı ilə qalib gəlib.

Fidan Babayeva (57 kq) isə Doljon Tsunquyeva ilə yarışıb. O, 0:3 hesabı ilə uduzaraq, bürünc şansını qaçırıb.

Qeyd edək ki, sabah daha iki güləşçimiz medal uğrunda yarışacaq.

Xəbər lenti

Xəbər lenti