...

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək

İdman Materials 10 İyul 2024 13:19 (UTC +04:00)

Bakı. Trend:

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

İyulun 12-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 14:30-da başlayacaq iclasın gündəliyini diqqətinizə çatdırırıq:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər.

Xəbər lenti

Xəbər lenti