Bakı. Trend:
Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Bildirilib ki, 28 yaşlı forvard “Neftçi”nin diqqət mərkəzindədir. Əgər hansısa qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə transfer rəsmən açıqlanacaq.
Qeyd edək ki, millinin futbolçusu ötən mövsüm Türkiyə təmsilçisinə transfer olunub. Ramil “Kocaelispor” forması ilə meydana çıxdığı 16 oyunda 1 qolla yadda qalıb.