...

Millimizin yarımfinal sınağı

İdman Materials 13 İyul 2024 09:54 (UTC +04:00)

Bakı. Trend:

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Cəbəllütariqdə təşkil olunan yarışın yarımfinal matçına çıxacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Albaniya ilə görüşəcək. A qrupunda keçirdiyi bütün qarşılaşmalada qalib gələn millimiz finala vəsiqə üçün mübarizə aparacaq.

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun sabah keçiriləcək.

U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, yarımfinal
13 iyul
17:45. Azərbaycan – Albaniya

Cəbəllütariq. "Tersentenari" İdman Zalı

Xəbər lenti

Xəbər lenti