...

Yığmamızın Ermənistanla oyunu üçün heyəti müəyyənləşib

İdman Materials 23 İyul 2024 14:23 (UTC +04:00)

Bakı. Trend:

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatında mübarizəyə başlayacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız C divizionunda 12 oyunçu ilə mübarizə aparacaq.

Baş məşqçi Anar Sarıyev turnirdə Maqsud Hümmətov, Tariyel Yusifzadə, Orxan Süleymanlı, Murad Babayev, Məhəmməd Hüseynli, Huseyin Əsgərli, Əlikamran Məmmədov, Ramazan Qarayev, Hüseyn Qaflanov, Rafael Ağayev, Derin Berkoz və Hüseyn Məmmədova güvənəcək. Komandamız B qrupunda Moldova və Ermənistanla üz-üzə gələcək.

Qeyd edək ki, çempionat Albaniyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti