Bakı. Trend:
Bu gün Paris-2024-də paraatletlərimiz final mərhələsində çıxış edəcəklər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Lamiyə Vəliyeva və Orxan Aslanov medal uğrunda yarışacaq.
Lamiyə T13 kateqoriyasında 400 m məsafəyə qaçışda növbəti qızıl
medalı qazanmaq arzusundadır. O, bu növdə təsnifat mərhələsində
56,51 saniyəlik nəticə ilə 2-ci olub. Final ötüşməsi Bakı vaxtı ilə
saat 12:21-də başlayacaq.
Aslanov isə T13 kateqoriyasında uzunluğa tullanma növündə gücünü
sınayacağ. Orxan çıxışına saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.