Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasının VI turuna start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun açılış matçı Bakıda keçirilib.
“Araz-Naxçıvan” “Kəpəz”i sınağa çəkib. Azər Bağırov Gəncə klubunun yeni baş məşqçisi kimi keçmiş komandası ilə oyunda ilk imtahanını verib. Uzun müddət qarşılaşmada hesab açılmayıb. Fasilədən sonra meydana əvəzetmədən daxil olan Bernardo Dias "Araz-Naxçıvan"a 3 xal qazandıran qolu vurub.
Qeyd edək ki, turun digər görüşlərində sabah “Şamaxı” “Sumqayıt”ı, “Qarabağ” “Səbail”i qəbul edəcək. Sentyabrın 15-i “Zirə” “Neftçi” ilə “Sabah” “Turan Tovuz”la qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
IV tur
13 sentyabr (cümə)
19:30. "Araz-Naxçıvan" – "Kəpəz" - 1:0
Qol: Bernardo Dias, 76
Hakim: Rəvan Həmzəzadə
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan
Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26.
Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno
Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe
Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal
Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin
Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 19. Ramin
Nəsirli, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 17. İssuf
Paro, 10. Bernardo Dias
Məşqçi: Rasim Ramaldanov
"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11.
Orxan Əliyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat
Süleymanov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 78. Yeqor Xvalko
(k), 10. Kərim Lkuça, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural
Rzayev, 7. Ehtiram Şahverdiyev, 20. Mahir Həsənov, 6. Nemət
Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov,
28. Redon Mihana, 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
“Liv Bona Dea Arena”