Bakı. Trend:
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qarşılaşacaq.
Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.
AZƏRBAYCAN – LİTVA
Aydın Süleymanlı – Titas Stremavicius
Nicat Abasov – Paulus Pultineviçius
Şəhriyar Məmmədyarov – Valeri Kazakovski
Məhəmməd Muradlı – Tomas Laurusas
Turnir cədvəli: 1. Hindistan, 2. Çin, 3. Vyetnam – hərəyə 10 xal, 9. Azərbaycan – 8.
Qadınlardan ibarət yığma isə Vyetnamla üz-üzə gələcək. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.
Kapitanı Mixail Şereşevski olduğu yığma Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Vyetnam – AZƏRBAYCAN
Le Thao Nguyen Pham – Günay Məmmədzadə
Ti Kim Pung Wo - Ülviyyə Fətəliyeva
Phuong Luong – Gövhər Beydullayeva
Ngoc Duong Bac – Xanım Balacayeva