Bakı. Trend:
Rusiyalı voleybolçu "Gəncə"dən ayrılıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, libero mövqeyində çıxış edən Vitalina Andreyanenkova karyerasını vətənində davam etdirəcək.
O, Taqanroq klubu olan "Krasnıye krılya"ya keçib.
Maraqlıdır ki, gəncəlilər mövsümün sonunda Andreyanenkova ilə müqavilənin müddətini uzaddıqlarını bildirsələr də, sonradan voleybolçu planlarını dəyişib.