...

Bədii Gimnastika üzrə 29-cu Bakı çempionatı ve birinciliyi davam edir (FOTO)

İdman Materials 10 Dekabr 2024 17:17 (UTC +04:00)
Bədii Gimnastika üzrə 29-cu Bakı çempionatı ve birinciliyi davam edir (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyi davam edir.

Trend xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.

Yarışda idmançılar balacalar (2014-2016-cı il təvəllüdlülər), yeniyetmələr (2011-2013-cü il təvəllüdlülər) və gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Üç gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti