...

Azərbaycanın çimərlik voleybolçuları Latviyada gümüş medal qazanıblar

İdman Materials 9 Fevral 2025 19:32 (UTC +04:00)
Azərbaycanın çimərlik voleybolçuları Latviyada gümüş medal qazanıblar

Bakı. Trend:

Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib.

Trend Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib.

Olimpiya sistemi ilə keçirilən turnirdə milli uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.

Qeyd edək ki, fevralın 8 və 9-da təşkil olunan yarışda səkkiz komanda mübarizə aparıb. Fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan təmsilçisi burada daha bir neçə turnirdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti