Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə reytinq turniri davam edir.
Trend xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edirlər.
Azərbaycan Güləş Federasiyası güləşçilərimizin nəticələrini açıqlayıb.
Qızıl medal:
Elmir Əliyev (55 kq) A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Yarımfinalda amerikalı Bredi Kuntsu 5:0 hesabı ilə məğlub edən Elmir, finalda yenidən Əhədini üstələyərək (7:0) qızıl medal qazanıb.
Bürünc medal:
Ruslan Nurullayev (72 kq) təsəlliverici görüşdə finlandiyalı
Matias Lipastini 11:0 hesabı ilə məğlub edib. Üçüncülük görüşünə
çıxmayan iranlı Mohammadreza Gerayi sayəsində Ruslan bürünc medal
əldə edib.
Bürünc medal uğrunda mübarizə aparacaq güləşçilər:
Hüseyn Qəribov (60 kq) üçüncülük üçün iranlı Puya Naserpur ilə
qarşılaşacaq.
Qurban Qurbanov (82 kq) bürünc medal uğrunda rumıniyalı Vasile
Koyok ilə güləşəcək.
Murad Əhmədiyev (97 kq) medal üçün iranlı Şayan Habibzare ilə
mübarizə aparacaq.
Beka Kandelaki (130 kq) bürünc medal üçün rusiyalı Marat Kamparov
ilə qarşılaşacaq.
Sərxan Məmmədov (130 kq) üçüncülük uğrunda macarıstanlı Koppani
Laslo ilə güləşəcək.
Digər nəticələr:
Eldəniz Əzizli (60 kq) startda özbəkistanlı Mehrac Bəhramova
məğlub olub (0:9).
Nihat Məmmədli (60 kq) israilli Melkamu Feteneyə 11:1 hesabı ilə
qalib gəlsə də, 1/4 finalda Bəhramova uduzub (6:11).
Arif Niftullayev (97 kq) niderlandlı Tirone Sterkenburqa qalib
gəlsə də (3:2), 1/8 finalda iranlı Şayan Habibzareyə məğlub olub
(0:8).
Ülvü Qənizadə (72 kq) ilk mərhələdə çexiyalı Denis Mertli məğlub
etsə də (4:3), zədəyə görə turniri tərk edib.
Azərbaycan güləşçiləri turnirdə yüksək performans nümayiş etdirərək
uğurlu çıxışlarını davam etdirirlər.