...

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib

İdman Materials 13 Fevral 2025 02:02 (UTC +04:00)
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Trend xəbər verir ki, günün ilk matçı Belçikada "Brüqqe" və "Atalanta" komandaları arasında keçirilib. Meydan sahibləri son dəqiqə penaltisi ilə 2-1 hesablı qələbə qazanıblar

Gecənin ən prinsipial oyunu Fransada baç tutub. "Monako" "Benfika"nı qəbul edib. "Benfika" səfərdə minimal hesablı qələbə qazanıb.

Digər görüşlərdə Niderlandın "Feyennord" klubu "Milan"ı (1-0), Almaniyanın "Bavariya" komandası isə "Seltik"i (2-1) məqlub edib.

Cavab görüşləri isə fevralın 18-19-da olacaq.

Xəbər lenti

Xəbər lenti