...

Mersisayd derbisində bərabərlik

İdman Materials 13 Fevral 2025 02:38 (UTC +04:00)
Mersisayd derbisində bərabərlik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 15-ci turunun təxirə salınmış oyunu "Qudison Park"da baş tutub və Mersisayd derbisində maraqlı anlar yaşanıb.

Trend xəbər verir ki, "Everton" və "Liverpul" arasında keçirilən qarşılaşma 2:2 bərabərliyi ilə yekunlaşıb. Mersisaydlılar az fərqlə üstün olsalar da, 90+8-ci dəqiqədə buraxdıqları qol sayəsində bərabərliyə razı olublar.

Oyunun final fiti ilə Dukure və Kortis Cons arasında dava baş verib. Bu, "Qudison Park"da tarixə düşən son Mersisayd derbisi oldu, çünki cari mövsümün sonunda stadion söküləcək. Tarixə nəzər saldıqda, 133 il ərzində "Everton" və "Liverpul" hərəyə 41 qələbə qazanıb, 38 oyun isə heç-heçə ilə başa çatıb.

Hazırda "Liverpul" Premyer Liqada birinci sırada yer alır. Arne Slotun komandası 24 oyundan sonra 57 xal toplayaraq "Arsenal"ı 7 xal qabaqlayır. "Everton" isə 27 xalla 15-ci sıradadır və yüksək liqada qalmaq uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti