...

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

İdman Materials 14 Fevral 2025 19:47 (UTC +04:00)
Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Trend xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova, 66 kiloqramda mübarizə aparan Elşad Əsədov isə özbəkistanlı Azizbek Ortikova qalib gələrək fəxri kürsüyə qalxıblar.

60 kiloqramda yer alan digər Azərbaycan cüdoçusu Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Yorre Verstratenə uduzub.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti