...

Amerikalı yüngül atlet Qrant Fişer dünya rekordunu yeniləyib

İdman Materials 15 Fevral 2025 22:51 (UTC +04:00)
Amerikalı yüngül atlet Qrant Fişer dünya rekordunu yeniləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı yüngül atlet Qrant Fişer, Bostonda Dünya Atletika Assosiasiyasının (World Athletics) himayəsi altında keçirilən turnirdə qapalı məkanda 5 000 metr məsafəyə qaçış üzrə dünya rekordunu qırıb.

Trend xəbər verir ki, Fişer məsafəni 12 dəqiqə 44.9 saniyəyə qət edib.

Bu rekord, 2004-cü ildən Efiopiya təmsilçisi Keninisa Bekeleyə məxsus olub və o, həmin vaxt 12 dəqiqə 49.06 saniyə ilə rekord müəyyənləşdirmişdi.

Xatırladaq ki, bazar günü Nyu-Yorkda keçirilən turnirdə Fişer 3 000 metr məsafəyə qaçışda da dünya rekordunu yeniləyib.

Amerikalı atlet Paris Olimpiya Oyunlarında beş və on min metr məsafələrə qaçışda ikiqat bürünc medal sahibidir.

Xəbər lenti

Xəbər lenti