Bakı. Trend:
Almaniya Bundesliqasının 22-ci turu çərçivəsində beş oyun baş tutub.
Trend xəbər verir ki, Dortmund "Borussiya"sı növbəti dəfə məğlubiyyətlə üzləşib. "Sarı-qaralar" səfərdə turnir cədvəlinin son pilləsində qərarlaşan "Bochum"a uduzub. Bu qələbə sayəsində "Bochum" sonuncu yerdən qurtulub.
Digər qarşılaşmada "Ştutqart" öz meydanında "Volfsburq"la heç-heçə edib.
Turun mərkəzi oyununda Bundesliqanın liderləri Leverkuzendə üz-üzə gəlib. Son çempion "Bavariya" səfərdə "Bayer"lə qarşılaşıb, lakin 90 dəqiqə ərzində hesab açılmayıb.