...

"Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəlib - Misli Premyer Liqası

İdman Materials 16 Fevral 2025 18:53 (UTC +04:00)
"Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəlib - Misli Premyer Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Hayderson Hurtado vurub. Qonaq komandanın müdafiəçisi İqor Ribeyro 48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qoruyub. “Araz-Naxçıvan” isə 44 xalla ikinci sırada qərarlaşıb.

Günün son oyunu "Neftçi Arena"da keçiriləcək. Saat 19:00-da start götürəcək mərkəzi görüşdə lider "Qarabağ" "Neftçi"nin qonağı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti