Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXIII turun son oyunları keçirilib.
Trend xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutub. Turnir cədvəlinin son sıralarında yer alan komandalar doğma meydanda mübarizə aparıblar.
Tovuzda keçirilən oyunda “Kəpəz” “Şamaxı”nı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb və hər iki komanda bir xal qazanıb.
Günün digər qarşılaşması isə Bakı derbisi olub. “Səbail” və “Sabah” komandaları üz-üzə gəlib. Lakin 90 dəqiqə ərzində tərəflər hesabı aça bilməyib və oyun qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, Misli Premyer Liqasında növbəti – XXIV turun oyunları 21-23 fevral tarixlərində keçiriləcək.