...

Vinisius Junior "Alverika"nı satın aldı

İdman Materials 18 Fevral 2025 01:17 (UTC +04:00)
Vinisius Junior "Alverika"nı satın aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid"in ulduz futbolçusu, braziliyalı Vinisius Junior Portuqaliyanın 2-ci Liqa komandası olan "Alverika"nı satın alıb.

Trend xəbər verir ki, Vinisius, bir qrup ispan və braziliyalı sponsorlarla birgə klubun 70-80%-lik payını alıb.

"Alverika" klubu tarixində beş mövsümdür Portuqaliyanın 1-ci Liqasında çıxış edib və Braziliya futbolu ilə sıx əlaqələri var. Hazırda heyətində 15 braziliyalı futbolçunun yer aldığı "Alverika" 2-ci liqada ikinci pillədə qərarlaşıb və yuxarı liqaya yüksəlmək üçün mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti