...

1/8 finala yüksələn son dörd komanda bəlli olacaq - UEFA Çempionlar Liqası

İdman Materials 19 Fevral 2025 09:33 (UTC +04:00)
1/8 finala yüksələn son dörd komanda bəlli olacaq - UEFA Çempionlar Liqası
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələcək son dörd komandanın adına aydınlıq gətiriliəcək.

Trend xəbər verir ki, pley-off mərhələsi çərçivəsundə "Borussiya Dortmund" klubu "Sportinq"i Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

Digər görüşlər Bakı vaxtı ilə gecəyarısı keçiriləcək.

PSJ klubu "Brest"lə, "Real Madrid" klubu "Mançester Siti" ilə, PSV isə "Yuventus" klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, Liqa mərhələsindən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar. Dünən isə pley-off mərhələsindən sonra 1/8 finala "Feyenoord" (Niderland), "Bavariya" (Almaniya), "Brügge" (Belçika) və "Benfika" (Portuqaliya) klubları çıxıblar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

19 fevral

Saat 21:45, "Borussiya Dortmund" - "Sportinq".

20 fevral

Saat 00:00, "Real Madrid" - "Mançester Siti";

Saat 00:00, PSV - "Yuventus";

Saat 00:00, PSJ - "Brest".

Xəbər lenti

Xəbər lenti