...

İtaliya A Seriyasında 27-ci tur start götürüb

İdman Materials 1 Mart 2025 05:21 (UTC +04:00)
İtaliya A Seriyasında 27-ci tur start götürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya A Seriyasının 27-ci turu "Fiorentina" və "Leççe" komandaları arasında keçirilən oyunla başlayıb.

Trend xəbər verir ki, Florensiyada baş tutan qarşılaşmada ev sahibi komanda minimal hesabla qələbə qazanıb.

Matçın yeganə qolu 9-cu dəqiqədə "Fiorentina" tərəfindən vurulub. İkinci hissədə meydan sahibləri hesab arasındakı fərqi artırmaq imkanı əldə etsə də, penaltini dəyərləndirə bilməyib.

Qeyd edək ki, "Leççe" hazırda turnir cədvəlinin autsayderləri sırasındadır.

Xəbər lenti

Xəbər lenti