...

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunur (FOTO)

İdman Materials 1 Mart 2025 15:45 (UTC +04:00)
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunur (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 28-də Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) 54-cü Baş Assambleyası öz işinə başlayıb.

Trend xəbər verir ki, bu gün başa çatacaq tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

Tədbir çərçivəsində “Milano-Kortina-2026” Qış Olimpiya Oyunları, “İstanbul-2027” Avropa Oyunları və EOC-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.

Xəbər lenti

Xəbər lenti