Bakı. Trend:
"Real Madrid" zədə səbəbindən mövsümün böyük hissəsində komandaya kömək edə bilməyən David Alabanı satmaq istəyir.
Trend-in xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
La Liqa nəhəngi 32 yaşlı mərkəz müdafiəçisi üçün 5 milyon avro tələb edir və onu aşağı qiymətə satmağa hazırdır.
Qeyd edək ki, David Alaba 2021-ci ilin yayından "Real Madrid"də çıxış edir. Bu mövsümdə o, Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.