Bakı. Trend:
“Barselona” klubu, Ansu Fati ilə müqavilənin detallarını yenidən müzakirə etmək istəyir.
Trend xəbər verir ki, hazırda gənc hücumçunun 2027-ci ilin yayına qədər “Barselona” ilə müqaviləsi mövcuddur.
Fati, növbəti iki mövsümdə 26 milyon avro qazanacaq. Klub rəhbərliyi, onunla 2030-cu ilədək müqavilə bağlamağı və illik 5,2 milyon avro maaş təklif etməyi planlaşdırır. Hazırda gənc futbolçunun “Barselona”da qalması ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir.
Hal-hazırda Fati, heyətdə Robert Levandovski və Frenki de Yonqdan sonra ən çox maaş alan 3-cü futbolçudur.
Qeyd edək ki, qışda "Barsa"nın baş məşqçisi Hans-Diter Flik Fati ilə görüşərək, daha çox oynaması üçün başqa kluba keçməyi təklif edib. Lakin Fati komandada qalmaq istədiyini bildirib.