Bakı. Trend:
“Barselona” futbol klubu bu gün istedadlı futbolçusu Lamin Yamal ilə yeni müqavilə imzalayacaq.
Trend-in məlumatına görə, razılaşma 2031-ci ilə qədər qüvvədə olacaq. Artıq tərəflər arasında aparılan danışıqlar yekunlaşıb və Yamalın 2026-cı ilin yayında başa çatacaq hazırkı müqaviləsinin daha 5 il uzadılması qərara alınıb.
Qeyd edək ki, 16 yaşlı hücumçu geridə qalan mövsümdə “Barselona”nın heyətində 55 matçda meydana çıxaraq 18 qola imza atıb. O, komanda ilə birlikdə İspaniya La Liqası, ölkə kuboku və Superkubokunun qalibi olub.