Bakı. Trend:
İngiltərə millisinin və "Çelsi" klubunun cinah oyunçusu Rahim Sterlinqin Bundesliqaya keçmək ehtimalı var.
Trend xəbər verir ki, bu barədə "BBC" futbolçunun yaxın çevrəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı futbolçunun durumunu Avropa klubları yaxından izləyir və onunla maraqlanan komandalar arasında Almaniyanın "Bayer" klubu da yer alır.
Mənbənin məlumatına görə, Sterlinq "Çelsi"nin yeni baş məşqçisi Enso Mareskanın planlarına daxil deyil və bu səbəbdən klub onu göndərməyə hazırdır.
Qeyd edək ki, Rahim Sterlinq ötən mövsümü icarə əsasında "Arsenal"da keçirib.