Bakı. Trend:
Əfqanıstanın şimalında yerləşən Bağlan vilayətində daş kömür mədənində bədbəxt hadisə yaşanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, mədənin çökməsi nəticəsində altı mədənçi həyatını itirib, 12 nəfər yaralanıb.
Xilasedicilər yaralıları xəstəxanaya təxliyə edib.
Hadisənin təfərrüatı barədə məlumat yoxdur.