...

Tomas Müller karyerasını MLS-də davam etdirəcək

İdman Materials 23 İyul 2025 03:52 (UTC +04:00)
Tomas Müller karyerasını MLS-də davam etdirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bavariya"nı tərk edən almaniyalı futbolçu Tomas Müller gələcək karyerası ilə bağlı qərar verib.

Trend xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ABŞ-a yollanacaq və MLS-də çıxış edəcək. Futbolçunun xidmətində "Los Anceles" və adı açıqlanmayan başqa bir MLS klubu maraqlıdır. Müllerin yaxın günlərdə yekun qərarını verəcəyi gözlənilir.

Qeyd edək ki, Tomas Müller 2000-ci ildən "Bavariya" klubunun sistemində çıxış edib. O, 13 dəfə Almaniya Bundesliqasının qalibi, 2 dəfə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası dünya çempionatının qalibi olub.

Xəbər lenti

Xəbər lenti