...

Bakıda COVID-19 xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Cəmiyyət Materials 23 İyul 2025 12:59 (UTC +04:00)
Bakıda COVID-19 xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti oktyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti