Bakı. Trend:
Almaniya kansleri Fridrix Mertsin fəaliyyəti ölkə əhalisinin əksəriyyətinin narazılığı ilə qarşılanır.
Trend xəbər verir ki, bu barədə “Forsa” sosioloji xidmətinin iyulun 15-dən 18-dək keçirdiyi sorğunun nəticələri sübut edir. Sorğuda 2003 nəfər iştirak edib.
Nəticələrə əsasən, yalnız 32% respondent Mertsin fəaliyyətindən razı qalıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 3 faiz bəndi azalıb. 64% isə kanslerin fəaliyyətini mənfi qiymətləndirib – bu, Merts vəzifəyə gəldiyi vaxtdan bəri ən yüksək narazılıq səviyyəsidir.
Qeyd olunur ki, bir ay əvvəl bu rəqəm 49% idi, yəni son bir ayda narazılıq ciddi şəkildə artıb. Almaniyanın şərqində narazılıq daha yüksəkdir – 74%, qərb bölgələrində isə bu göstərici 62% təşkil edir.
Qalan respondentlər isə qərarsız qalıb və kanslerin fəaliyyətinə dair mövqe bildirməyib.