...

Florida Universitetində hər növ xərçəngə qarşı ümidverici mRNT vaksini hazırlanıb

Dünya xəbərləri Materials 23 İyul 2025 07:39 (UTC +04:00)
Florida Universitetində hər növ xərçəngə qarşı ümidverici mRNT vaksini hazırlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Florida Universitetinin alimləri xərçəngə qarşı immun sistemi aktivləşdirə bilən yeni eksperimental mRNT vaksini yaradıblar.

Trend xəbər verir ki, bu barədə “NewAtlas” məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, bu peyvənd müəyyən bir şiş növünə qarşı deyil, ümumilikdə xərçəng hüceyrələrinin tanınması və məhv edilməsinə yönələn immun cavabı gücləndirir.

Vaksin daha əvvəl aqressiv beyin şişi – qlioblastoma ilə bağlı sınaqlarda effektivlik göstərib. Sonrakı mərhələlərdə tədqiqatçılar dərmanı dəri, beyin və sümük xərçəngi də daxil olmaqla, müxtəlif xərçəng növləri ilə xəstə siçanlar üzərində sınaqdan keçiriblər. Bəzi hallarda şişlər əlavə müalicəyə ehtiyac olmadan yoxa çıxıb.

Araşdırmaçılar bildirirlər ki, vaksin COVID-19-a qarşı mRNT texnologiyası ilə eyni prinsiplə işləyir: bədənə xüsusi mRNT təlimatları verilir, hüceyrələr bu təlimatlar əsasında zülallar istehsal edir və immun sistemi bu zülallar vasitəsilə şiş hüceyrələrini tanıyıb məhv edir.

Hazırda peyvənd heyvanlar üzərində sınaq mərhələsindədir, lakin nəticələr gələcəkdə insanlarda klinik sınaqlar üçün mühüm əsas yaradır.

Xəbər lenti

Xəbər lenti