...

"General Motors"un xalis mənfəəti 34% azalıb

Dünya xəbərləri Materials 23 İyul 2025 05:21 (UTC +04:00)
"General Motors"un xalis mənfəəti 34% azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin "General Motors" avtomobil konserni 2025-ci ilin ikinci rübündə dünya üzrə 1 milyon 539 min avtomobil satıb, bu satışdan 47,1 milyard dollar gəlir əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalma deməkdir.

Trend xəbər verir ki, bu barədə məlumat konsernin rüblük maliyyə hesabatında yer alıb.

Hesabata əsasən, ikinci rübdə xalis mənfəət 34% azalaraq 1,9 milyard dollara enib. Bu azalmanın əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq qərarı olub. Yeni rüsumların GM-ə 1,1 milyard dollar zərər vurduğu qeyd edilir.

Rüblük nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri 3,3% ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti