...

Türkiyənin ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edilib

Dünya xəbərləri Materials 23 İyul 2025 02:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin müdafiə sənayesində mühüm yenilik – TAYFUN BLOK-4 adlı ilk hipersəsli ballistik raket rəsmi olaraq təqdim olunub.

Trend xəbər verir ki, raket İstanbulda keçirilən "IDEF 2025" – 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində nümayiş etdirilib.

Raket ROKETSAN şirkəti tərəfindən hazırlanıb və Türkiyənin indiyədək istehsal etdiyi ən uzun mənzilli raket sistemidir.

TAYFUN BLOK-4 raketinin əsas texniki göstəriciləri:
Uzunluq: 10 metr

Çəki: 7 200 kiloqram

Uçuş məsafəsi: 3 000 kilometr

Tip: Hipersəsli ballistik raket

Raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri, eləcə də digər strateji hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulub.

Bu raket sistemi Türkiyənin milli müdafiə qabiliyyətini gücləndirən ən önəmli layihələrdən biri kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti