...

Almaniya Ukraynaya iki “Patriot” sistemi verməyə hazırdır

Dünya xəbərləri Materials 23 İyul 2025 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Ukraynaya iki “Patriot” hava hücumundan müdafiə sistemi verməyə hazırdır, lakin bu, həmin sistemlərin tez bir zamanda əvəz olunması şərti ilə mümkündür.

Trend “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib.

“Mövcud sistemlərimizdən ikisini verə bilərik, amma yalnız o halda ki, onları təxminən 6-8 ay ərzində etibarlı şəkildə yenidən əldə edəcəyimizə dair zəmanət olsun”, – deyə nazir bildirib.

Boris Pistorius bu mövqeyini Bundesverin döyüş və təlim qabiliyyətinin qorunması ilə əsaslandırıb. Onun sözlərinə görə, Almaniya bu iki sistemi maliyyələşdirməyə hazırdır. Nazir əlavə edib ki, Norveç və daha bir ölkə də maliyyə dəstəyi göstərməyə razılıq verib.

“Bu, ümidsiz məsələ deyil. Amma bunun baş tutması üçün həmin sistemlərə sahib ölkələr onları dərhal verməyə razı olmalıdır ki, digərləri onları maliyyələşdirə bilsin və sistemlər Ukraynaya göndərilsin”, – deyə Pistorius vurğulayıb.

Xəbər lenti

Xəbər lenti