Bakı. Trend:
Kamçatka ərazisində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında dərc olunub.
Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 174 kilometr aralıda, 52,2 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin qavranılması ilə bağlı hələlik məlumat yoxdur.