...

Almaniya 43 iraqlı miqrantı deportasiya edib

Dünya xəbərləri Materials 22 İyul 2025 23:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti bir qrup iraqlı miqrantı ölkədən deportasiya edib.

Trend yerli mediaya istinadla xəbər verir ki, polis nəzarəti altında aeroporta gətirilən 43 nəfər miqrant Leyptsiq-Halle hava limanından havaya qalxan təyyarə ilə Bağdada göndərilib.

Qeyd olunur ki, bu, Almaniyada may ayında fəaliyyətə başlayan yeni koalisiya hökumətinin qərarı əsasında həyata keçirilən ikinci deportasiya əməliyyatıdır. Ötən həftə isə 81 əfqan miqrant ölkələrinə qaytarılıb.

Yeni hökumət miqrantların geri göndərilməsi prosedurunu sürətləndirmək siyasətini prioritet hesab edir və bu istiqamətdə addımlar atmağa davam edir.

Xəbər lenti

Xəbər lenti