Bakı. Trend:
2025-ci ilin əvvəlində Kaliforniya ştatında baş vermiş iki böyük meşə yanğını nəticəsində 31 nəfər həyatını itirib, 16 200-dən çox tikili məhv olub.
Trend xəbər verir ki, bu fəlakətlər yalnız ABŞ tarixində deyil, həm də dünya miqyasında ən çox iqtisadi ziyana səbəb olan yanğınlar kimi qiymətləndirilir.
Ümumi zərərin həcmi 65 milyard dolları keçib.
Qeyd edək ki, 2018-ci ildə Kaliforniyada baş verən yanğınlar da ölkəyə 13 milyard dollar ziyan vurmuşdu və uzun müddət ABŞ tarixində ən dağıdıcı yanğınlar siyahısında birinci yerdə idi. Lakin 2025-ci ilin fəlakətləri bu göstəricini dəfələrlə üstələyib.