...

Bakı və ətraf ərazilərin su təchizatındakı fasilələrin səbəbi açıqlanıb

Cəmiyyət Materials 23 İyul 2025 12:12 (UTC +04:00)
Bakı və ətraf ərazilərin su təchizatındakı fasilələrin səbəbi açıqlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır.

Trend xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir?

"Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün tənzimlənmə işləri aparılır.

Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür sutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Hazırda da əksər ərazilərdə su təminatı normal rejimə qaytarılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti